İstifadə şərtləri
1. Mövcud şərtlər (bundan sonra – şərtlər) www.parpar.az saytının (bundan sonra - sayt) bütün ziyarətçiləri üçün məcburidir. Saytdakı materiallardan istifadə edərək ziyarətçilər mövcud şərtlərlə razılaşdıqlarını bildirirlər. MilliKart birtərəfli qaydada öz istəyinə əsasən mövcud şərtləri dəyişdirmək hüququnu özündə saxlayır. Bu şərtlərin pozulduğu təqdirdə MilliKart pozuntuya yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Mövcud şərtlər saytın indiki və gələcək istifadəçilərinə aiddir.
2. Baxmayaraq ki, MilliKart saytda dəqiq məlumat təqdim etməyə çalışır MilliKart saytda dərc olunmuş məlumatların dəqiqliyinə görə məsuliyyət daşımır.
3. Bu saytdakı bütün məlumat "olduğu kimi" ("as is") hər cür mümkün səhflər ilə, hər hansı zəmanət olmadan, birbaşa ifadə olunmuş və ya nəzərdə tutulmuş işarəsi altındadır. MilliKart saytda yerləşdirilmiş məlumatlara görə heç bir zəmanət vermir. MilliKart saytda dərc olunmuş məlumatların istifadəsi nəticəsində itirilmiş mənfəət, o cümlədən dolayı, birbaşa, xüsusi və ya ardıcıl zərərə görə məsuliyyət daşımır.
4. Saytda yerləşdirilmiş bütün məlumat (o cümlədən, məqalələr, mətnlər, şəkillər, videomateriallar, audio yazılar, saytın dizaynı, eləcə də seçilməsi, təşkili, o cümlədən sistemləşdirilməsi) intellektual mülkiyyət tərəfindən müdafiə olunur və Azərbaycan Respublikasının qanunları ilə qorunur.
5. Saytda dərc olunan materiallardan www.parpar.az mövcud linkinin məcburi göstərilməsi şərti ilə sitat gətirmək icazə verilir.
6. Ticarət nişanlarından istifadə yalnız MilliKartın yazılı razılığı ilə mümkündür.