Par Par hədiyyə kartından istifadə QAYDALARI

1.       ƏSAS ANLAYIŞLAR

1.       ParPar hədiyyə paketi – “MilliKart” tərəfindən işlənib hazırlanan və tərkibində ParPar hədiyyə kartı, rəngli qablaşdırma, çanta, broşür, PİN kodu əks etdirən PİN zərf, istifadəçi qaydaları olan bir paketdir.

2.       ParPar hədiyyə kartı – “UniBank” tərəfindən emissiya edilmiş və müvafiq müqavilə bağlamış bütün partnyor mağazaların təklif etdiyi iş/mal/xidmətlərin əldə edilməsində nağdsız ödənişlərin aparılması üçün nəzərdə tutulmuş alətdir.

3.       İstifadəçi – partnyor mağazaların iş/mal/xidmətlərini əldə etmək məqsədi ilə pul vəsaitinin və ya başqa ödəniş vasitələrinin əvəzinə ParPar-dan istifadə edən şəxsdir.

4.       Terminal – ParPar ilə malların əldə edilməsi üzrə əməliyyatların aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır.

5.       Partnyor mağaza – Azərbaycan Respublikasında fəaliyyət göstərən və iş/mal/xidmətlərin əldə edilməsi üçün ParPar-ı qəbul edən obyektdir.

6.       PIN kod – şəxsi eyniləşdirmə nömrəsidir.

7.       Aktivasiya -  ilk əməliyyat zamanı PIN kod daxil edilərkən ParPar-ın aktivləşdirilməsidir.

8.       Nominal – ParPar-ın üzərində əks olunmuş rəqəm və kart hesabında olan vəsaitdir.

 

2.       İSTİFADƏ

 

2.1. ParParbütün patrnyor mağazaların iş/mal/xidmətlərini əldə etmək üçün yararlıdır.

 

2.2. Qeyd olunan bütün patrnyor mağazaların iş/mal/xidmətlərinin əldə edildiyi zaman ödəniş üçün pul vəsaitinin əvəzində ParPar təqdim edilir.

 

2.3. ParPar-ın aktivasiyası ilk dəfə ödəniş edilən zaman qablaşdırmanın içindəki PİN zərfdə əks olunan PİN şifrə vasitəsi ilə həyata keçirilir.

 

2.4. ParPar-ın istifadəsi hər hansı imtiyazları, endirimləri və ya bonus xallarının toplanmasını nəzərdə tutmur.

 

2.5. ParPar ilə tam və ya qismən ödəmə mümkündür.

 

2.6. ParPar-ın balansında kifayyət qədər vəsaitin olmadığı təqdirdə istənilən iş/mal/xidmətlərin dəyərinin yerdə qalan hissəsi hər hansı başqa ödəniş üsulu ilə həyata keçirilə bilər (nağd və ya başqa bank kartlar).

 

2.7. ParPar nominal həcmində istifadə oluna bilər, balansın artırılması və məbləğin mədaxili mümkün deyil.

 

2.8. ParPar vasitəsi ilə nağd vəsait əldə oluna bilməz.

 

2.9. ParPar içindəki vəsait bitənə qədər dəfələrcə istifadə oluna bilər.

 

2.10. ParPar-dakı vəsaitin qalığı *8893 nömrəli Məlumat Mərkəzi vasitəsi ilə öyrənilə bilər.

 

2.11. İş/mal/xidmətlər əldə edilərkən keyfiyyəti standartlara uyğun olmazsa, partnyor mağazaya müraciət edib Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun tədbirlərin görülməsitələb olunmalıdır.

 

2.12. ParPar-ın istifadə müddəti bir (1) il təşkil edir və son istifadə tarixi kartın üzərində əks olunur. İstifadə tarixi bitdikdən sonra qalıq vəsait istifadəyə yararlı olmur və geri qaytarılmır.

 

2.13. ParPar son istifadə müddəti bitməyənə qədər bloka salınmayacaq.

 

2.14. İş/mal/xidmətləri ParPar-ı kassirə təqdim etdikdə əldə etmək mümkündür.

 

2.15. ParPar-ın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirlər görülməlidir.

 

2.16. İtirilmiş, zədələnmiş və ya yararsız vəziyyətə düşmüş kartlar yenisi ilə əvəz edilmir və balansında olan vəsait bərpa olunmur.

 

2.17. Kart itirildikdə, oğurlandıqda və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdıqda, PİN şifrə bloka düşdükdə *8893nömrəli Məlumat Mərkəzinə dərhal zəng vurmaq lazımdır.

 

2.18. ParParüçüncü şəxslərə verilməməlidir.

 

2.19. Daxil edilən PİN şifrəni üçüncü tərəfin görməsinə yol verilməməlidir.

 

2.20. ParPar ilə ödəniş zamanı kart nəzərdən kənara buraxılmamalıdır.

 

2.21. Alınan malın ödənişinin POS-terminal vasitəsilə yerinə yetirilməsi zamanı, çekin surəti, qorunub saxlanılmalıdır.

 

2.22. ParPar-dan silinmə düzgün yerinə yetirilmədikdə, alınan malın ödənilməsi zamanı, həmin an ləğv edilmənin POS-terminalda da yerinə yetirilməsitələb edilməlidir.

 

2.23. ParPar “Unibank”ın mülkiyyətidir.

 

2.24. “UniBank”, istifadəçinin karta səhlənkar münasibəti, istifadəçi tərəfindən yuxarıda göstərilən qaydaların pozulması və üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərin yerinə yetirilməsi nəticəsində meydana çıxan itkilər üçün heç bir məsuliyyət daşımır.

 

2.25. Əlavə məlumat www.parpar.az saytından əldə oluna bilər.